Belarus elektrobusları Azərbaycanda

14:00 28-06-2019 1386

Belarusun “Belkommunmaş” şirkəti Azərbaycana elektrik avtobusları tədarük edib.

BELTA xəbər verir ki, bunu “Belkommunmaş” ASC-nin Xarici iqtisadi fəaliyyət idarəsinin müdiri Aleksandr Klakeviç deyib.

Onun sözlərinə görə, müəssisə hələlik Azərbaycana 4 ədəd elektrobus tədarük edib: “Şirkət getdikcə ixrac potensialını inkişaf etdirir”.

Qeyd edək ki, daha əvvəl şirkətdən verilən məlumata görə, E321 model elektrobuslar Gəncəyə çatdırılacaq və onlar xüsusi təşkil edilmiş marşrutda sınaqdan keçiriləcək.

Gələcəkdə Gəncə Avtomobil Zavodunda elektrobusların birgə yığımının qurulması planlaşdırılır. Müvafiq saziş bu ilin əvvəlində Gəncə Avtomobil Zavodu və Belarusun “Belkommunmaş” şirkəti arasında imzalanıb.