Gəncədə avtomobillə toqquşan motosiklin sürücüsü xəstəxanalıq oldu

00:36 06-10-2019 370

Gəncədə “VAZ -2107” markalı avtomobillə motosikl toqquşub.

Hadisə Nizami Gəncəvi prospektində qeydə alınıb.

Hadisə zamanı xəsarət alan motosiklin sürücüsü 2002-ci il təvəllüdlü Ramin Həmzəyev təcili olaraq Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Onun vəziyyətinin orta ağır olduğu deyilir.

Faktla bağlı araşdırma aparılır.