Kliçkonun məşqçisinin üz sümüyünü sındırdılar - VİDEO

01:09 06-10-2019 511

Məşhur ukraynalı boksçu Vladimir Kliçkonun keçmiş məşqçisi Əli Bəşirin üz sümüyünü sındırıblar.

Hazırda İvana Habazin adlı xorvat idmançının məşqçisi olan Əli Bəşir hücuma yetirməsinin amerikalı Klarisa Şildslə oyunqabağı görüşündə məruz qalıb. Adı hələlik məlum olmayan kişi məşqçini hamının gözü qabağında nokaut edib. Əli Bəşirə tibbi yardım lazım olub.

Qeyd edək ki, bu hücumdan sonar idmançıların döyüşü təxirə salınıb.

Baş vermiş hücumun görüntüləri “Fightype” Youtube kanalı vasitəsilə yayılıb.