Putin Trampı Moskvaya dəvət etdi

14:36 28-06-2019 1466

Rusiya Prezidenti Vladimir Putin Osakada keçirilmiş görüşdə amerikalı həmkarı Donald Trampı Moskvaya dəvət edib.

RİA Novosti” xəbər verir ki, bunu Rusiya liderinin köməkçisi Yuri Uşakov deyib.

“Biz ABŞ Prezidentini gələn il 9 May - Böyük Vətən müharibəsində Qələbənin 75 illiyinə dəvət etdik. Donald Tramp müsbət reaksiya verdi”, - o bildirib.

Xatırladaq ki, bu gün Yaponiyanın Osaka şəhərində G20 sammiti çərçivəsində ABŞ və Rusiya liderləri arasında görüş keçirilib.