Bərdədə “Jiquli” ağaca çırpılıb, xəsarət alanlar var - FOTO

06:27 17-06-2019 966

Bərdə rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
 
HerGun.Az-ın bölgə müxbiri xəbər verir ki, hadisə rayonun Türkmən kəndində qeydə alınıb. 
 
Hərəkətdə olan “VAZ 2106” markalı avtomobil idarə etməni itirərək yol kənarında olan iri gövdəli ağaca dəyib.
 
Nəticədə avtomobilin sürücüsü Yevlax rayon sakini Pərviz Məhəmməd oğlu Quluzadə və sərnişin Amil İlham oğlu Məmmədov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 
 
Hər iki yaralı Bərdə rayon mərkəzi xəstəxanasına yerləşdirilib. 
 
Həkimlər sürücü P. Quluzadənin vəziyyətinin ağır olduğunu bildirilir.
 
Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.