Tovuz sakini qoz ağacından yıxılıb öldü

17:00 06-10-2019 382

Tovuz rayonunda vətəndaşın yıxılması nəticəsində bədbəxt hadisə olub.

HerGun.Az xəbər verir ki, Yuxarı Öysüzlü kənd sakini, 1981-ci il təvəllüdlü Mehman İsayev evindən kənarda olan bağında qoz yığan zaman ağacdan yıxılıb.

O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Meyit ekspertizaya aparılıb.

Faktla bağlı Tovuz rayon Prokurorluğunda araşdırma aparılır.