Nizamidə BMW, Qaradağda isə “Mercedes” yandı

18:36 06-10-2019 353

Bakıda iki avtomobil yanıb.

Fövqəladə Hallar Nazirliyindən HerGun.Az-a verilən məlumata görə, hadisələrdən biri Nizami, digəri isə Qaradağ rayonlarında baş verib.

Nizami rayonunda BMW markalı minik avtomobilinin mühərrik hissəsi alışıb. Yanğınsöndürənlər avtomobilin qalan hissəsini alovdan qoruya biliblər.

Qaradağ rayonunda isə “Mercedes” markalı minik avtomobilinin salon hissəsi qismən yanıb. Bu nəqliyyat vasitəsinin də qalan hissəsi yanğından mühafizə olunub.

Yanğınlar yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.