Ələt-Astara magistralında növbəti qəza: Sürücü öldü

20:45 06-10-2019 438

Biləsuvarda bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

HerGun.Az-ın bölgə müxbiri xəbər verir ki, hadisə yeni Ələt-Astara magistralının Biləsuvar rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Bakı sakini, 1986-cı il təvəllüdlü Mirzəyev Əlövsət Mirzə oğlu idarə etdiyi “Ford” markalı mikroavtobusla hərəkətdə olarkən, qarşıda gedən yük maşınının arxa hissəsinə çırpılıb. 

Nəticədə müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan mikroavtobusun sürücüsü dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.