Vətəndaşların pulun mənimsəyən şöbə müdiri hansı generala arxalanır-ŞOK FAKTLAR

23:25 06-10-2019 2635

Mülkiyyət əleyhinə törədilən cinayətlərdən biri də dələduzluqdur.Dələduzluq cinayətinin anlayışıAzərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsinə əsasən dələduzluq etibardan sui-istifadə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmədə ehtiva olunur.

Bu cinayətin obyektini talamanın digər formalarinda olduğu kimi mülkiyyət münasibətləri təşkil edir.Şərh edilən cinayətin predmeti talamanin digər formalarından bir qədər fərqlənir.Belə ki,dələduzluq nəticəsində təqsirkar təkcə özgənin əmlakını yox,həm də əmlaka olan hüquqlarını əldə edir.



Maraqlıdır ki, bu qəbildən olan cinayətlər paytaxtda o qədər artıb ki, polis orqanları çox hallarda cinayət işi açmaqdan imtina edir. Guya Bakı Şəhər Prokurorluqdan belə tapşırıblar. Bir az arxası-dayağı olan dələduzlar çox asanlıqla vətəndaşların mülkiyyətini talayıb, məsuliyyətdən yaxa qurtara bilirlər.



“Polisə pul verib canımı qurtaracam”

Korrupsiya.org-a Rasim Hüseynov adlı vətəndaş şikayətlə müraciət edib.
Konkret olaraq dələduzluqda ittiham olunan şəxs Qarayev adına 2 saylı Uşaq Xəstəxanasında laboratoriya şöbəsinin müdiri Xanımcan Əzizovadır. . Onun əməllərindən maddi ziyan çəkən şəxslər isə Bakı şəhəri ərazisində kirayədə yaşayan Hüseynov Rasim Asim oğlunun ailə üzvləridir.
Rasim Hüseynov deyir ki, anası Manafova Aidə Həsən qızı Respublika Səhiyyə Nazirliyinin Həmkarlar İttifaqının sədr müavini vəzifəsində çalışıb. Və o zaman ölkə rəhbəri cənab İlham Əliyev tərəfindən “Tərəqqi” medalı ilə təltif olunub.
Həmin vaxtlarda Aidə Manafova Xanımcan Əzizova ilə tanış olub. 2012-ci ildə Xanımcan Əzizova ona deyir ki, Türkiyədə biznes qurub, bir dərman firması ilə müqavilə bağlayıb, Azərbaycana dərmanlar gətirəcək. Təklif edir ki, şərikli onunla bir işləsin, yaxşı qazanc olacaq.
Bir müddət sonra Xanımcan Aida Manafovaya deyir ki, qızını universitetə düzəltmək istəyir, pulu ora versə dərman almağa pul çatmayacaq və s. Ümumilikdə 25 min olsa işi düzələr. Bir sözlə, Aida Manafovanı pul verməyə razı salır. O da evdə olan 10 min puldan 8 minin ayırır, aparıb “Sahil bağ”ında Xanımcana verir. Şöbə rəisi deyir ki, uzağı borcu 2-3 aya qaytaracaq. Rasim Hüseynov deyir ki, anam verdiyi pulun qaytarılacağına əmin olduğu üçün, bu barədə mənə heç bir söz deməmişdi. Buna baxmayaraq, Xanimcan 4-5 ay vaxt keçsə də, aldığı pulu geri qaytarmır və “bu gün-sabah qaytaracağam” deməklə, açıq-aşkar şəkildə anamı aldada bilir.
Bundan sonra, anam Xanımcan Əzizovaya verdiyi pulun mənə məxsus olduğunu bildirir və pulun təcili qaytarılmasını ondan xahiş də edir. Buna baxmayaraq Xanımcan anamı aldadır və hər dəfə ona müxtəlif bəhanələr danışmaqla yola verməyi də bacarır. Belə olan halda anam bərk əsəbləşir və stress də keçirir. Çünki o, qorxur ki, mənə heç bir söz demədən pulumu ona verib, ona görə də eşidib əsəbiləşərəm. 2016-ci ildə ürəyi tutdu və həkimlər onun təcili əməliyyat olunmalı olduğunu bildirdilər. Ona görə də, anamın əməliyyatına təcili pul lazım oldu. Mən anama verdiyim pulu istədikdə, o, mənə hər şeyi danışdı və pulumu Xanımcana verdiyini bildirdi. Anamı əməliyyat etdirdim və o, məni əmin etdi ki, Xanımcan pulu qaytaracaq. 2018–ci ildə Xanımcana müraciət etdim və pulumu ondan istədim. Həmin vaxtlarda işdən çıxmışdım, ailə vəziyyətim də ağır idi. Təkcə həyat yoldaşım işləyirdi. Mən Xanımcandan pulu istədikdə o, pul aldığnı danmadı və “pulunuzu yaxın günlərdə qaytararam” dedi. O, Həbib adlı bir şəxsin adını çəkdi və bildirdi ki, “sizin və borclu olduğum digər şəxslərin pulları həmin şəxsdədir. Həmin şəxs həbsxanadadır və iki həftədən sonra azadlığa çıxacaq. O, həbsdən çıxdıqdan sonra onunla görüşəcəyəm və sizin pullarınızı ondan alıb özünüzə qaytaracağam” dedi. Həqiqətən də o, 055-311-08-18 mobil nömrə ilə mənim 055-272-15-05 mobil nömrəmə zəng vurdu və özünün Həbib adlı şəxs olduğunu bildirdi. O, mənimlə mobil telefonda danışarkən bildirdi ki, “Xanımcanda siyahı var və həmin siyahıya baxıb deyəcəyəm ki, o, sizdən nə qədər pul alıb” dedi. Həmin vaxtdan 2-3 gün keçdikdən sonra isə o, “mənim sizə borcum yoxdur” dedi. Soruşdum ki, sən kimsən? Cavabında bildirdi ki, “mən müəlliməm və vaxtilə universitetə tələbə düzəltmişdim. Rüşvətə görə həbs olunmuşdum, bu gün cəzamı çəkib azadlığa çıxmışam”.
Rasim deyir ki, Xanımcan nəinki onun anasını, anasının rəfiqəsi olan Zemfira xanımı da aldadıb. 6 min manatını mənimsəyib. Xanımcanı Zemfira xanımla Aida Manafova tanış etdiyi üçün o öz pulunu sonuncudan tələb edir.
Rasim Hüseynov borca girərək Xanımcanın əvəzinə o 6 mini də ödəyir.
Şikayətçi bu danışıqdan sonra həyat yoldaşı və oğlu ilə Ə.F.Qarayev adına 2 saylı Klinik Uşaq Xəstəxanasının baş həkimi Azər Xudiyevin qəbuluna gedir.
Problemin mahiyyətini baş həkimə danışdıqca o, onlara diqqətlə qulaq asır və bildirir ki, “siz tək deyilsiniz. Xanımcanla bağlı mənə çox adamlar müraciət ediblər. Bu şəxsin əməlləri sırf iş fəaliyyəti ilə bağlı olmadığından, mən sizə heç cür köməklik edə bilmərəm” deyə cavab verir.
Onların baş həkimin yanında olduğunu duyan Xanımcan Əzizova otağını bağlayaraq xəstəxananı tərk etmək istəyir.
“Ford” markalı avtomobilə oturur. Rasim Hüseynov avtomobilin açıq pəncərəsində əlini salaraq sürücüyə deyir ki, avtomobili bir neçə dəqiqəlik saxlasın, Xanımcan Əzizovaya sözü var:
“Həmin an o, sürücüyə bərk qışqırdı və ona “sür gedək” dedi. Mən sürücü tərəfdə dayanıb sol qolumu pəncərədən içəri qoymuşdum. Sağ tərəfdə oğlum, avtomobilin önündə isə yoldaşım dayanmışdı. Öz-özlüyümüzdə fikirləşdik ki, o düşüb bizimlə söhbət edəcək. Həmin anlarda sürücü avtomobili işə saldı və onu yoldaşımın üstünə sürdü. Qolum avtomobildə olduğundan bərk dartıldı və yoldaşım avtomobilin önündən çəkilməsəydi, yəqin ki, o halda sürücü avtomobili onun üstünə sürüb onu öldürə bilərdi. Oğlum Cəlal Hüseynovdan xahiş etdim ki, DİN-nin 102 xidmətinə zəng etsin və həmin zəngə əsasən, çox keçmədi ki, bizi Səbail RPİ-nin 39-cu polis bölməsinə çağırdılar və bizdən ərizə aldılar. Polis əməkdaşlarından xahiş etdim ki, hadisə vaxtı kamera görüntüsünü götürsünlər. Qolum zədə aldığından, mən onlardan ekspertizaya göndərilməyimlə bağlı göndəriş verilməsini xahiş etdim. Buna baxmayaraq, işi aparan təhqiqtçı dəyişdirildi və Qabil adlı digər təhqiqatçı isə bildirdi ki, “xəsarət olmayıb, vəssalam!” Xanımcan da bizə bildirdi ki, “əgər şikayət etsəniz, o halda sizə verəcəyim pulu polisə verəcəyəm. Polis sizdən də, bizdən də pul alacaq. “

Vətəndaşların pulun mənimsəyən şöbə müdiri hansı generala arxalanır-ŞOK FAKTLAR

Polislə yanaşı Rasim Hüseynov Səhiyyə Nazirliyinə də şikayət edir. Onu orda hüquqşünas Lalə xanım qəbul edir, dinləyir və deyir ki, şikayət üzrə araşdırma aparıb onları yenə dəvət edəcəklər. Amma indiyənə kimi də səs-soraq yoxdur.
Səhiyyə Nazirliyinə şikayətdən sonra Xanımcan Əzizova avqustun 15-i tələsik məzuniyyətə çıxır.
Xanımcanla bağlı şikayət Səbail Polis İdarəsində təhqiqatçı Cavid Məmmədovun icraatına verilir. O işi araşdırır, Xanımcan Əzizova vəzifəli şəxs olduğu uçun işi Səbail Prokurorluğuna göndərir.
Səbail Prokurorluğu da öz növbəsində həmin işi yenidən Səbail Polis İdarəsinə göndərir.
Ötür-ötür oyunu və vaxtın uzanmasından bezən şikayətçilər Səbail Raon prokuroru Natiq Əsədovun qəıbuluna gedirlər.
Natıq Əsədov onları yüksək səviyyədə qəbul edir və kömək edəcəyinə söz verir.
Hələki bir irəliləyiş yoxdur.



“Xanimcanın əvəzinə krediti mən ödədim”


Redaksiyamızda daha bir vətəndaş, Xanımcan Əzizovanın əmməllərindən xeyli maddi ziyan çəkən Nadir Həmidovun da şikayəti var .


Bakı Şəhəri Suraxanı Rayonu, Suraxanı qəsəbəsi, A.Rzayev küçəsi 10,mənzil 3 ünvanında yaşayan Nadir Həmidov bildirir ki, Qarayev adına 2 saylı Uşaq Klinik Xəstəxanasının şöbə rəisi (laboratoriya müdiri) Əzizova Xanımcan Nüsrət qızı onun etibarından sui-istifadə edərək pilunu mənimsəyib:
“ Əzizova Xanımcan mənə yalvararaq onun üçün bankdan 3500 manat kredit götürməyi xahiş etmişdi. Ona bildirdim ki, mənim özümün “Bank of Baku” ya 3500 civarında borcum var. Bank mənə kredit verməyəcək.
O isə dedi ki, hər şeyi yoluna qoyacaq. “Nikoil Bank”da tanışı var. Nə isə ona inandım, yazığım gəldi.
Kredit almağa razı oldum. 21 noyabr 2014-cü il tarixdə onun mənə veürdiyi Elvin adlı şəxsin telefon nömrəsinə zəng edibonunla “Nikoil Bank”ın 4 saylı filialında görüşdüm.
Həqiqətən də o məni gülərüzlə qarşılayıb 15 dəqiqənin içində krediti rəsmiləşdirdi.
Ödəniləcək məbləğ 4800 manat olmaqla (bank faizi ilə birgə) kassadan 3700 manat pul aldım.
Pulları və ödəmə sənədlərini götürüb Xanımcan Əzizovanın işlədiyi xəstəxanaya gəlib ona təqdim etdim.
Bir daha ona xatırlatdım ki, ödəməni gecikdirib məni pis vəziyyətə salmasın.
O and-aman etdi ki, hər şey qaydasında olacaq. Amma ilk aydan , 2014-cü ilin dekabrından mənə bankdan şikayət zəngləri gəlməyə başladı.
2016-cı ilin yanvarından Səbail Məhkəməsinin qərarı ilə mənim təqaüdümün 50 faiz miqdarında “Nikoil Bank”ın xeyrinə tutulmağa başladı. Xanımcanın əvəzinə krediti mən ödəyib qurtardım.
2016-cı ildən prezidentə və bütün aidiyyatı orqanlara şikayət etmişəm.
2018-ci ildə Fuad Ələskərovun qəbulunda oldum, köməkçisi dinlədi. Və məni əmin etdi ki, iş müsbət həll ediləcək. Baxılması üçün Baş Prokurirluğa yönləndiriləcək.

Ancaq mənə verilən cavan məktubunda bildirildi ki, ərizədə göstərdiyiniz xüsusiatlarda cinayət hadisəsi müəyyən edilmədiyindən AR CM-nin 39.1.1 maddəsinə əsasən 14 iyun ,2018-ci il tarixdə cinayət işinin rədd edilməsi qərarı qəbul olunub.
Sual olunur, müstəntiq Elxan Tağızadə hansı məsələləri araşdırıb?”

Qaynanaya dayaq olan kürəkən

Bundan başqa Şahverdi Xatirə Muxtar qızı ,Salahov Şahhüseyn Camələddin oğlu da eyni senari ilə Xanımcan Əzizova tərəfindən aldadılıblar. Xeyli maddi ziyan çəkiblər.

Maraqlı burasıdır ki, Xanımcan Əzizova ilə bağlı Korrupsiyaya Qarşı Mübarizə İdarəsində, Nəsimi Polis İdarəsində də xeyli şikayət var. Dələduzluq əməlləri ilə bağlı materiallar kimlərinsə “sehrli çubuğu” ilə ört-basdır edilir. Belə ad qoyulur ki, guya Xanımcan faizə pul götürüb, borc kimi. Bu adla cinayət məsuliyyətindən yayındırılır. Halbuki şikayətlərin motivi eynidir- bütün şikayətçilər fırıldağın qurbanı olub.

Üst-üstə hesablayanda onun vətəndaşlara vurduğu ziyan 200 min manata yaxınlaşır. Bu yaxınlarda deputat Rəfael Cəbrayılov 300 min borca görə millət vəkilliyindən istefa verdi. Haqqında az qala cinayət işi açılır.
Bəs adi bir labaratoriya müdiri Xanımcan Əzizova məsuliyyətdən necə yayınır? İşlədiyi xəstəxananın baş həkimi Azər Xudiyev Rasim Hüseynova deyib ki, 300 şikayətçi gəlib Xanımcanla bağlı, siz 301-cisiniz. Baş həkim etiraf edib ki, şöbə rəisi ilə bacarmır. Bəs Səhiyyə naziri Oqtay Şirəliyev necə, o da bacarmır? İkinci bir tərəfdən Rasim Hüseynov YAP üzvüdür, kredit bəhanəsi ilə vətəndaşları tora salan Xanımcan Əzizova da. YAP rəhbərliyinə onun əməlləri haqda məlumat verilib. Bu cür insanın aparıcı iqtidar partiyasını təmsil etməsi nə dərəcədə düzdür? Axı kimdir onun "qoruyucu mələyi"?
Şikasyətçilərin dediyinə görə onun kürəkəni Azərbaycanın ən ünlü generallarından birinin işçisidir. Və kürəkən qaynanasını hələki bütün bəlalardan qoruya bilib. Generalın adını hələki etik səbəblərdən açıqlamırıq.
Kiminsə onun adından sui-istifadə etməsini yaqin ki o da bilmir. Mövzuya qayıdacağıq .