“Maşın”da sevgi söhbətləri: Biz sadəcə dostuq

01:18 07-10-2019 472

“Maşın” şouda iştirak edən repçi Qurd (Fərid Eminov) ilə müğənni Aysun İsmayılova arasında sevgi münasibətin olduğu haqda məlumatlar yayılıb. Sosial şəbəkə izləyiciləri ikilinin sevgili olduğunu iddia ediblər.
 
HerGun.Az xəbər verir ki, Aysunun şou ərzində repçi Qurd haqqında işlətdiyi xoş sözlər və “mənə burada ən yaxın insandır, kişi sənətçiləri arasında ən yaxın dostumdur” kəlmələri iddiaların faiz nisbətini daha da çoxaldıb. 
 
Məsələyə aydınlıq gətirən Aysun İsmayılova “sevgi” söz-söhbətlərinin şayiə olduğunu bildirərək, repçi ilə yalnız çox yaxın dost olduğunu qeyd edib. 
 
Şounun canlı efirində qonaq qismində iştitak edən repçi Qurd Aysuna yaxınlaşaraq onu öpüb və əlindəki böyük gül çələngini ona sarı uzadıb.
 
O da öz növbəsində eşq məsələlərinin dedi-qodudan başqa bir şey olmadığını vurğulayaraq, qarşı tərəflə dost olduğunu söyləyib.
 
Qeyd edək ki, eks “Klan-a-Plan” qrupunun üzvü Qurd ləqəbi ilə məşhurlaşan repçi Fərid Eminov 2 il öncə boşanıb. Onun iki oğlu var.
 
Müğənni Aysun İsmayılova isə şou biznesin subay xanımlar siyasındadır.
 
Rəşad Əliyev