Daxili İşlər naziri üç vəzifəlini işdən çıxardı

09:54 07-10-2019 340

Göygöl Rayon Polis Şöbəsində üç nəfər işdən azad edilib.

HerGun.Az-ın məlumatına əsasən, bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. 

Əmrə əsasən, əməliyyat işləri üzrə rəis müavini, polkovnik-leytenant Cavad Səfərəliyev, cinayət-axtarış şöbəsinin rəisi Yasin İsmayılov, Sarısu Polis Bölməsinin rəisi Elşən Quliyev işdən çıxarılıb və sərəncama götürülüb. 

Onların yerinə hələlik təyinat yoxdur.