Boks millimizə Kubadan baş məşqçi gətirilir - ÖZƏL

11:09 07-10-2019 398

Boks millimizə əcnəbi baş məqşçi gətirilə bilər.

HerGun.Az-ın əldə etdiyi xəbərə görə, Azərbaycan Boks Federasiyası hazırda Kubadan olan bir mütəxəssislə danışıq aparır.

Federasiyanın Baş katibi Nağı Səfərov saytımıza açıqlamasında bu xəbəri təkzib etmədi:

“Biz hazırda bir neçə xarici və yerli məşqçilərlə danışıqlar aparırıq. Onların adlarını açıqlamağım düzgün olmaz. Ancaq deyə bilərəm ki, danışıq apardığım mütəxəssislər arasında Kubadan olan mütəxəssis də var”.

Qeyd edək ki, Vaqif Şirinovun II Avropa Oyunlarından sonra istefa verməsinin ardından baş məşqçi vəzifəsi müvəqqəti olaraq Nəriman Abdullayevə həvalə olunub.

Onu da bildirək ki, millimizin heyətində Kubadan iki boksçu var. Əvvəl isə komandamızı kubalı Pedro Roke Otanyo çalışdırıb.

Səbuhi Musayev