Bakıda gecə klubunda “BP-Azerbaijan”ın işçisi bıçaqlandı

16:09 07-10-2019 571

Oktyabrın 6-na keçən gecə Bakıda gecə klubunda “BP-Azerbaijan” şirkətinin əməkdaşı bıçaqlanıb.

Bu barədə HerGun.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Belə ki, Yusif Məmmədəliyev küçəsində yerləşən “Frenks” gecə klubunda dava düşüb. Münaqişə zamanı 1979-cu il təvəllüdlü Britaniya vətəndaşı Pol Trevor Heuitin sol qabırğasının altından bıçaqlanıb. Xoşbəxtlikdən zərbə nəticəsində həyati təhlükə yaranmayıb və zərərçəkənə lazımi tibbi yardım göstərilib.

İstintaq zamanı Səbail RPŞ əməkdaşları şübhəli şəxsləri saxlayıb: 1996-cı il təvəllüdlü Tərlan Mehdiyev, 1991-ci il təvəllüdlü Rafael Haşımov, 1997-ci il təvəllüdlü Aslan Abdullayev və 1990-cı il təvəllüdlü Tofiq Səlimov.

Hazırda kişilər arasındakı münaqişənin səbəbi aydınlaşdırılır.

Qeyd edək ki, zərərçəkən “BP-Azərbaijan” şirkətində layihələndirmə üzrə aparıcı mütəxəssis kimi çalışır.

Ramella İbrahimxəlilova