Millimizin daha bir futbolçusunun zədəsinə aydınlıq gəldi

16:18 07-10-2019 448

Premyer Liqanın VII turu çərçivəsində oktyabrın 5-i “Səbail” klubu ilə keçirilmiş oyunun (2:1) ilk hissəsində zədələnərək fasilədə əvəzlənən Səlahət Ağayevin vəziyyətinə aydınlıq gəlib. 

HerGun.Az xəbər verir ki, tibbi baxışın nəticələrinə görə, təcrübəli qapıçı pubalgiya (oturaq sümüyünün iltihabı xəstəliyi) diaqnozu ilə bir həftə müalicə olunacaq.

Qeyd edək ki, zədələndiyi üçün Səlahət Ağayev millimizin Bəhreynlə yoldaşlıq və Macarıstanla seçmə mərhələ oyunundan azad edilib. Onun əvəzinə yığma komandaya “Sumqayıt”ın dağıstanlı qapıçısı Mehdi Cənnətov çağırılıb.