“DokuBaku” Beynəlxalq Sənədli Film Festivalı işinə yekun vurdu

17:18 07-10-2019 714

“DokuBaku” Beynəlxalq Sənədli Film Festivalı sona çatıb.

Oktyabr ayının 2-dən 6-dək baş tutan festivalda 25 nümayişdə ümumi 38 film ekranlara gəlib. Həm yerli, həm də xarici ölkələrin istehsalı olan filmləri kinosevərlərə təqdim edən “DokuBaku” müsabiqə qaliblərini elan edib.

Ən yaxşı tammetrajlı sənədli Film nominasiyasında qalib film Beniamino Baressenin “Anamın Yox oluşu” filmi seçilib. Ekran əsəri İtaliya və Amerika Birləşmiş Ştatlarının istehsalıdır. Sözügedən əsərdə ana ilə oğlu arasındakı mübarizəni, Benedettanın azadlığının təsvirinin inadkar mübarizəsindən bəhs edilir.

Ən yaxşı qısametrajlı Sənədli film nominasiyasının qalibi isə Samir Karahoda “Aralıqda” (In Between) filmi seçilib. Ən yaxşı Yerli film nominasiyasının qalibi isə Leyli Qafarovanın “Bir zamanlar Şanxayda” filmi seçilib. 

Bu il festival ötən illərdən fərqli olaraq müxtəlif filmləri də qonaq edib. Bu isə onu göstərir ki, festival hər il böyüyür, ölkədə sənədli filmlərin inkişafı üçün münbit şərait yaranır. Azərbaycanda sənədli filmin inkişafı və dəstəklənməsi məqsədlərini güdən DokuBaku-nun, hər il olduğu kimi, bu il də münsiflər heyəti iki tərkibdən, yerli və əcnəbi kino nümayədələrindən ibarət olub. Festivalın qapanış mərasimi zamanı yerli kino yanaşı dövlət və diplomatik nümayəndələr iştirak etmişdi. 

“DokuBakulab” layihəsi ilə isə sənədli film üzrə təhsil almaq istəyən gənclər üçün qaçılmaz fürsət olacaq. “Restart School”  ilə birgə ərsəyə gələn “DokuBakulab” sənədli film təlimlərinə qəbul elan edib. Bu ildən etibarən  başlayan “DokuBakulab” ölkədə sənədli film inkişafında öz müstəsna rolunu indidən göstərməyə başlayıb. Təlimlərdə iştirak ödənişsiz olaraq keçiriləcək. Ətraflı məlumat DokuBaku.az saytında qeyd ediləcək.

Rəşad Əliyev