AQTA-nın şöbə rəisi işdən çıxarıldı

11:18 08-10-2019 388

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Tovuz Regional Şöbəsinin rəisi işdən çıxarılıb.

HerGun.Az-ın bölgə müxbiri xəbər verir ki, Rauf Əlizadə tutduğu vəzifədən azad edilib, onun əvəzinə Samir Əliyev bu vıəzifəyə təyinat alıb.

Qeyd edək ki, S.Əliyev bundan əvvəl AQTA-nın Gəncə Regional Şöbəsinin sektor müdiri vəzifəsində çalışıb.