Azərbaycanda dəhşət: gənc qızı ölümcül döyüb yol kənarına atdılar

11:27 08-10-2019 451

Səhər saatlarında Beyləqan-Kəbirli avtomobil yolunun kənarında 18 yaşlı qız huşsuz vəziyyətdə tapılıb.

HerGun.Az xəbər verir ki, araşdırma zamanı onun Yuxarı Aran kənd sakini, 2001-ci il təvəllüdlü Quliyeva Aygün Mehman qızı olduğu müəyyənləşdirilib.

Kənd sakinləri qızı xəstəxanaya aparıb.

Onda qapalı kəllə-beyin travması, çanağın küt travması, qasıq sümüyünün sınığı, sağ bud nayihəsinin küt travması, alın nayihəsinin əzilmiş-sıyrılmış yarası xəsarətləri aşkar edilib. 

A.Quliyeva komatoz vəziyyətdə olduğundan onun hansı şəraitdə və kim tərəfindən xəsarət alması müəyyən edilməyib.

Fakt araşdırılır.

Dursun Tağıyeva