Qaxda partlayış: dörd yaralı

11:36 08-10-2019 384

Qax rayonunda partlayış baş verib.

HerGun.Az xəbər verir ki, Qax rayon Kommunal Təsərrüfat Birliyinin işçiləri şəhər ərazisində torpaq yayarkən partlayış olub.

Nəticədə, birliyin dörd işçisi xəsarət alıb. Partlayışın hansı səbəbdən baş verdiyi məlum deyil.

Fakt araşdırılır.