Müdafiə Nazirliyi Aprel döyüşlərində şəhid olan iki hərbçinin ailəsinə ev verdi

11:45 08-10-2019 495

Müdafiə Nazirliyi 2016-ci ildə Aprel döyüşlərində şəhid olan iki gizirin ailəsinə mənzil verib.

Oxu.az xəbər verir ki, nazirlik Aprel döyüşlərində şəhid olan gizirlərin Mingəçevirdə yaşayan ailələrini Gəncə şəhərində mənzillə təmin edib.

Bunlar 36 yaşlı Rahim Tağıyev və 33 yaşlı gizir Rüstəm Əhmədovun ailələridir.

Qeyd edək ki, kiçik çavuş Rüstəm Əhmədov 2016-ci ilin aprelin 14-ü təmas xəttində ermənilərin atəşkəs rejimini pozması nəticəsində şəhid olub.

Aprel ayında başından qəlpə yarası alan gizir Rahim Tağıyev 3 ay 7 gün koma vəziyyətində qalsa da, iyulun 10-u şəhid olub.

36 yaşlı Rahim Tağıyevin üç, 33 yaşlı gizir Rüstəm Əhmədovun isə iki övladı qalıb.

Ölümlərindən sonra göstərdiyi qəhrəmanlıqlara görə gizirlər Prezident İlham Əliyevin sərəncamı ilə “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalı ilə təltif ediliblər.

Sevinc Yasinqızı