Narkotacirlər Kürdəmirdə tələyə düşdülər

01:27 09-10-2019 36

Kürdəmir rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən xüsusi əməliyyat keçirilib - radarlardan tələ kimi istifadə edərək narkotacirləri zərərsizləşdiriblər. 

Bu barədə HerGun.Az-a Kürdəmir Rayon Polis Şöbəsindən məlumat verilib. 

Əvvəllər məhkum olunmuş 1988-ci il təvəllüdlü İsmayılov Samir Ziyad oğlu və 1971-ci il təvəllüdlü Soltanov Ativ Əziz oğlu tutulub. Onlar narkotik vasitələr, psixotrop maddələr əldə etmək və satmaqda ittiham olunurlar. 

Polis bu şəxsləri Bakı-Qazax-Gürcüstan magistral yolunun 179-cu kilometrliyində yaxalayıb. Şübhəli şəxslər 90-SX-196 nömrə nişanlı “VAZ-2109” avtomobilində olublar. Dövlət yol polisinin müfəttişləri saxlanılan şəxslərə “sıfır doqquz”un radara düşdüyünü söyləyərək  onlardan polis maşınını stasionar posta qədər izləmələrini istəyib.  

Burada müstəntiqlər şübhəli şəxsləri saxlayaraq avtomobili araşdırıblar. Avtomobildən bir neçə növ narkotik maddə - heroin, marixuana, habelə metamfetamin də daxil olmaqla bəzi psixotrop dərmanlar tapılıb. Bundan əlavə, narkotiklərlə birgə istifadə olunan insulin və limon turşusu da aşkar olunub. 

Şübhəli tacirlər narkotiki radio altında gizli yerlərdə gizlədibmiş. Saxlanılanlar narkotiki tanımadıqları adamdan aldıqlarını bildiriblər. 

İstintaq orqanları hazırda digər narkotik alverçilərini müəyyənləşdirməyə çalışır. 

Ramella İbrahimxəlilova