Belçika Azərbaycan klubunun 4 futbolçusuna viza vermədi

05:27 09-10-2019 610

UEFA Çempionlar Liqasında çıxış edəcək “Araz” klubu bu gün ilk oyununu keçirəcək.

Azərbaycan Futzal Federasiyasının rəsmi saytı xəbər verir ki, təmsilçimiz “De Bres Arena”da Bakı vaxtı ilə 22:30-da Belçika çempionu “Halle Gooik”lə üz-üzə gələcək.

Komandamız oyuna itkilərlə çıxacaq. Belə ki, İranlı legionerlər Hadi Ahmadi, Hadi Rezvan, Vahid Şəfiei və Amir Şocaye viza ala bilmədiklərinə görə, komanda ilə birgə Belçikaya səfər edə bilməyib.

Çətin durumla üzləşən təmsilçimiz 6 oyunçu və 2 qapıçı ilə mübarizə aparmalı olacaq.

Heyət:

Qapıçılar: 12. Rövşən Hüseynli, 19. Vladislav Reznov

Oyunçular: 17. İsa Atayev, 11. Xətai Bağırov, 5. Murilo Borges Souza, 7. Ramiz Çovdarov, 8. Rizvan Fərzəliyev, 10. Nihad İsmayılov,

Baş məşqçi: Joze Alesio Da Silva