Bakıda səkkiz nəfər supermarketin mühafizəçisini döydü

14:09 09-10-2019 737

Bakıda supermarketin mühafizəçisi döyülüb.

Report-un xəbərinə görə, hadisə Binəqədi rayonu M.Cəlal küçəsində yerləşən “Bolmart Supermarket”də baş verib.

Belə ki, şəxsiyyəti məlum olmayan səkkiz nəfər supermarketin mühafizəçisi, 1999-cu il təvəllüdlü Tural Məmmədlini döyüb.

Faktla bağlı araşdırma aparılır.