İki qəzada iki nəfər yaralandı

04:00 16-11-2019 531

Bakıda iki ayrı qəzada iki nəfər yaralanıb. 

HerGun.Az xəbər verir ki, ilk hadisə Suraxanı rayonunda baş verib. 

Qəsəbə ərazisində minik avtomobili yolu keçmək istəyən 1976-cı il təvəllüdlü Əzizov Pərviz Möhübbət oğlunu vurub.  

Yaralı xəstəxanaya yerləşdirilib. Ona hər iki dizin əzilmiş yarası diaqnozu qoyulub.  

Vəziyyəti kafi qiymətləndirilir. 

Digər hadisə isə Qaradağ rayonunda olub. 

Qəza Qobustan qəsəbəsində baş verib.  

Minik avtomobili 1968-ci il təvəllüdlü Mirzəyeva Gülyaz Şakir qızını vuraraq ağır xəsarət yetirib.  

Yaralı xəstəxanaya çatdırılaraq reanimasiya şöbəsinə yerləşdirilib. Ona döş qəfəsinin küt travması, çanaq sümüyünün sınığı diaqnozu qoyulub.  

Hər iki faktla bağlı araşdırma aparılır.  

Kamil Əmirli  

Elşad Mətləboğlu