Nardaran qəbirstanlığından silah-sursat tapıldı - FOTO

19:20 31-01-2020 376

Nardaranda silah-sursat aşkarlanıb. 

ANAMA-dan HerGun.Az-a verilən məlumata görə, 2020-ci il 31 Yanvar tarixində saat 12:31-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi ərazisində qəbirstanlıqda torbanın içərisində mərmilərin və əl qumbarasının tapılması barədə məlumat daxil olub. 

Məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Daxili İşlər Nazirliyinin Sabunçu rayon Polis İdarəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib. 

Agentliyin mütəxəssisləri və Sabunçu rayon Polis İdarəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş əraziyə baxış keçirilib.  

Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polislər tərəfindən mühasirəyə alınıb.  

Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində bir ədəd xəncər, bir ədəd RQD-5 əl qumbarası, bir ədəd UZRQM partladıcısı, 80 ədəd 5.45 mm-lik və 17 ədəd 9 mm-lik patronlar aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.  

Aşkar olunmuş hərbi təyinatlı əşyaların ətrafında 200 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.