ARB24 “Deutche Welle” ilə əməkdaşlıq edəcək

11:40 08-02-2020 346

Azərbaycanın ilk xəbər kanalı olan ARB24 beynəlxalq əlaqələrini genişləndirir.

Bu günlərdə ARB24 telekanalı ilə Almaniyanın “Deutsche Welle” beynəlxalq ictimai teleradio şirkəti arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb.

HerGun.Az xəbər verir ki, razılaşmaya əsasən, ARB24 telekanalına “Deutsche Welle”nin bir sıra verilişlərini yayımlamaq hüququ verilib.

Əməkdaşlıq iki mərhələdə həyata keçiriləcək. İlk mərhələdə dünyada maraqla izlənilən “Tomorrow Today”, “Global3000” və “Reporter” layihələri ARB24-də yayımlanacaq. Növbəti mərhələdə isə, daha beş layihənin yayımlanması nəzərdə tutulur. Əməkdaşlıq çərçivəsində birgə teleməhsulların istehsalı da planlaşdırılır.

Bu sazişlə ARB24 “Deutsche Welle”nin Azərbaycanda ilk tərəfdaşı olub.