Qəbiristanlıqda tələbəyə təcavüz etdilər

13:40 08-02-2020 338

Rusiyanın Tambov vilayətində yeniyetmə təcavüzə uğrayıb.

REN TV-nin xəbərinə görə, 16 yaşlı kollec tələbəsi olan qıza təcavüz edilib.

Belə ki, fevralın 3-də dərsdən evə qayıdan qız qəbiristanlığın yaxınlığından keçəndə bir nəfər ona hücum edib.

Həmin şəxs qızı bıçaqla hədələyərək ağacların arasına sürüyüb və ona təcavüz edib.

Hadisə ilə əlaqədar zərərçəkmiş polisə müraciət edib. Hüquq-mühafizə orqanları hadisəni törədən şəxsin kimliyini müəyyən ediblər.

35 yaşlı həmin yerli sakinin daha əvvəl eyni cinayətlə məhkum olduğu müəyyənləşdirilib. Həmin şəxs həbs edilib.