Əlahiddə Çevik Polis Alayında yenilik - FOTO

18:40 08-02-2020 454

Daxili İşlər Nazirliyi (DİN) Əlahiddə Çevik Polis Alayının əməkdaşlarına yeni geyim forması verilib.

DİN-dən HerGun.Az-a verilən məlumata görə, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov Əlahiddə Çevik Polis Alayında yeni geyim formasının tətbiqi ilə əlaqədar Alayın şəxsi heyətinin sıra baxışını keçirib.

Bildirilib ki, yeni geyim forması müasir və rahat, həmçinin, daha keyfiyyətli materialdandır.