Koronavirusa yoluxmuş baş həkim bu xəstəliyin əsas ağırlaşmalarından danışıb

02:00 04-04-2020 322

COVID-19 ağciyər zədələnməsinə səbəb olmaqdan əlavə, qan laxtalanması problemlərinin inkişafı ilə ağırlaşa bilən xəstəlikdir.

Bu barədə Rusiya paytaxtında koronaviruslu xəstələrin yerləşdirildiyi xəstəxananın baş həkimi Denis Protsenko bildirib.

Onun sözlərinə görə, bu ağırlaşmalar, adətən, koronavirusa yoluxan xəstələrin ölümünə səbəb olur:

“Hazırda xəstəxanada belə xəstələr var”.

Qeyd edək ki, martın 31-də baş həkim özünün koronavirusa yoluxduğunu elan edib. Bununla belə, o, özünü yaxşı hiss etdiyini deyib.

Protsenko hazırda kabinetində özünü təcrid edib və distant şəkildə işinə davam edir.