Gəncədə qadın boşanmaq üzrə olduğu əri tərəfindən yandırıldı - VİDEO

18:00 05-04-2020 600

Gəncədə qadın münaqişə zamanı əri tərəfindən yanıdırılıb.  

Baku TV xəbər verir ki, hadisə şəhərin Zərrabi küçəsi, 631 ünvanında qeydə alınıb.  

34 yaşlı Könül Abbasovanın uzun müddətdir ayrı yaşadığı və məhkəmə çəkişməsində olduğu Simon Abbasovla mübahisəsi gərginliklə bitib. Əri onun üstünə benzin tökərək yandırıb. 

Dərhal Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılan Könül Abbasovaya bədənin müxtəlif nahiyələrinin yanığı diaqnozu qoyulub və ilkin yardım göstərilib.  

Zərərçəkənin sözlərinə görə, əri hadisəni törədərkən yanında Vüsal adlı qohumu da olub. Hər iki şəxs hadisə yerindən qaçıb.  

Faktla bağlı araşdırma aparılır.