Rusiyada daha üç parlamentarinin koronavirus keçirdiyi bəlli olub

05:20 09-07-2020 401

Rusiya Dövlət Dumasında aparılan testlər nəticəsində daha üç parlamentaridə koronavirusa qarşı anticisim tapılıb.

Bu barədə TASS-a Rusiya parlamentinin aşağı palatasının spikeri Vyaçeslav Volodin danışıb.

“Növbəti dəfə testləşmə aparılıb: üç deputatda anticisim tapılıb. Bu, o deməkdir ki, onlar virus daşıyıcısı olublar və sadəcə xəstəliyi həkimə müraciət edəcək qədər hiss etməyiblər”, - deyə V.Volodin bildirib.

Qeyd edək ki, Rusiya parlamentində pandemiyanın başlanmasından bu yana 35 parlamentaridə koronavirusa qarşı anticisim tapılıb.