Fişəng zavodunda partlayış - VİDEO

09:20 09-07-2020 523

Çində pirotexniki maddələr istehsal edən zavodda partlayış baş verib.

İHA xəbər verir ki, hadisə Çinin cənub-qərbində yerləşən Sixuan əyalətində qeydə alınıb.

Pirotexniki maddələr istehsal edən zavodda baş verən partlayışdan dərhal sonra yanğın başlayıb. Əraziyə 10 yarımstansiyadan 27 yanğınsöndürmə texnikası və 83 canlı heyət cəlb edilib.

Partlayışın ardından başlayan yanğın nəticəsində ilkin olaraq ikisi ağır olmaqla, altı nəfərin yaralandığı bildirilib.

Zavodda çalışan işçilər və ətraf ərazilərdə yaşayan sakinlər bölgədən təxliyyə edilib.

Partlayışın başvermə səbəbləri araşdırılır.