Samuxda ferma ərazisində yanğın: Xəsarət alan var

10:00 16-07-2020 347

Samux rayonunun Sarıqamış kəndində ferma ərazisinə yığılan 4 278 ton ot bağlamasının 2 278 tonu yanıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, yanğın zamanı bir nəfər xəsarət alıb.

Ot bağlamalarının qalan hissəsi və yaxınlıqda yığılan digər ot bağlamaları yanğından mühafizə olunub.

Alov söndürülüb.