İçi sərnişin dolu avtobus yandı - VİDEO

10:20 16-07-2020 511

Rusiyanın Xabarovsk şəhərində sərnişin avtobusu yanıb.

REN TV xəbər verir ki, bu barədə Xabarovsk prokurorluğu məlumat yayıb.

Şahidlər hadisəni mobil telefonlarına çəkərək, sosial şəbəkələrdə paylaşıblar.

İlkin məlumatlara görə, yanğın nəticəsində sərnişinlərdən xəsarət alan olmayıb.