İtaliyada güclü daşqın: Ölənlər var - VİDEO

15:00 16-07-2020 470

İtaliyanın Siciliya vilayətinin Palermo şəhərində güclü leysan yağışlarının yaratdığı daşqınlar nəticəsində iki nəfər boğularaq həyatını itirib.

ANSA agentliyi xəbər verir ki, axşam saatlarında başlayan şiddətli yağışdan bir neçə dəqiqə sonra şəhərin bir hissəsi daşqın suları altında qalıb.