Müəllimlərin işə qəbulu imtahanında kimlər iştirak edə bilər? - AÇIQLAMA

15:20 16-07-2020 335

Uşaq birliyində çalışanlar, laborantlar, psixoloq və digər dövlət işlərində çalışan müəllim olmaq istəyən şəxslər müəllimlərin işə qəbulu imtahanında iştirak edə bilərlər.

HerGun.Az xəbər verir ki, bunu Təhsil Nazirliyinin İnsan Resursları şöbəsinin müdiri Eşqi Bağırov canlı yayımda müəllimlərin işə qəbulu üzrə müsabiqədən danışarkən deyib.

O bildirib ki, bu istiqamətlərdə müəllim olmaq istəyən şəxslərə imkan yaradılacaq, müraciətdə heç bir məhdudiyyət yoxdur.