Rusiyada kosmosdan reklam göstərmək üçün lazerlər sınaqdan keçirildi

07:20 11-09-2020 430

Rusiyada kosmik cihazlar üçün kosmosdan reklam nümayiş etdirmək imkanına sahib lazerlər blokunun sınaqları başa çatıb.

Bu barədə TASS məlumat yayıb.

Sınaqlar Stratosferdə keçirilib. Lazer blokları yerdən 30 kilometr yüksəkliyə - kosmik şəraitə yaxın mühitdə buraxılıb.