Antalyada beşulduzlu hoteldə ofisiant ailəsi ilə tətilə gedən rusiyalı yeniyetməyə təcavüz etdi

05:00 15-09-2020 350

Türkiyənin Antalya şəhərinə tətilə gedən yeniyetməyə təcavüz edilib.

“Hürriyet” xəbər verir ki, hadisə beşulduzlu hotellərin birində baş verib.

Hoteldə ofisiant işləyən şəxs ailəsi ilə dincəlməyə gələn 15 yaşlı Alyona Smetaninanın otağına girib və ona təcavüz edib.

İddiaya görə, yeniyetmənin anası Liliya Skvortsova hotel rəhbərliyinə şikayət edərək polis çağırılmasını tələb etsə də, rəhbərlik “hotelin nüfuzuna zərər gəlməməsi üçün” hadisəni ört-basdır etməyə çalışıb.

Rusiyanın Türkiyədəki səfiri İvan Stepanovun da məsələdən xəbərdar olduğu qeyd edilir. O, hadisə ilə bağlı müvafiq tədbir görülməsini tələb edib.