Ölmüş arvadının vəsiyyətinə görə 17 il yenotları yemlədi - FOTO/VİDEO

09:20 13-11-2020 527

Kanada sakini ölmüş arvadının vəsiyyətinə riayət edərək, 17 il müddətinə yenot sürüsünü yemləyib. 

Bununla bağlı məlumatı “Bored Panda” portalı məlumat yayıb. 

Bildirilib ki, Yeni Şotlandiya vilayətinin sakini Ceyms Blekvud yenotları yemləməsi ilə bağlı “YouTube” kanalında məlumat verib. 

Onun videolarına 5 milyondan çox izləmə gəlib. O bildirib ki, artıq 25 ildir yenotları yemləyir.

17 il əvvəl həyat yoldaşı dünyasını dəyişən zaman ondan yenotları yemləməyi davam etdirməyi istəyib və Blekvud arvadının bu vəsiyyətinə əməl edib.