Şaxta, qar, külək...

13:20 18-11-2020 390

Sabaha gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək. 

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 4-6, gündüz 6-8 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək - 776 mm civə  sütunu, nisbi rütubət gecə 70-80, 
gündüz 55-60 faiz təşkil edəcək.  

Sabah Azərbaycanın rayonlarında arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Arabir duman olacaq.

Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3-6, gündüz 6-9, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 3-6 dərəcə  isti olacaq.   

Tibbi-meteoroloji proqnoza görə, Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü və iqlim normasına yaxın temperatur rejimi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.