46 il sonra dəhşətli teraktı törətməkdə şübhəli bilinən şəxs saxlanıldı

09:20 19-11-2020 395

1974-cü ildə Birmingemdə 21 nəfərin ölümünə səbəb olan terror aktını törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Bu barədə RT məlumat yayıb.

65 yaşlı şübhəli kişi terrorla mübarizə dəstələri tərəfindən Belfastda saxlanılıb.

Qeyd edək ki, 1974-cü ilin noyabrın 21-də Birmingemdə iki gecə klubunda partlayış baş verib. Nəticədə 21 nəfər ölüb, 220 nəfər yaralanıb.