Tanınmış türkiyəli aktyor koronavirusa yoluxdu

10:40 23-11-2020 512

Türkiyənin tanınmış aktyoru Haldun Dormen koronavirusa yoluxub.

“HaberGlobal”ın məlumatına görə, bu barədə 92 yaşlı aktyor özünün sosial media hesabından xəbər verib.

O, vəziyyətinin yaxşı olduğunu vurğulayıb.

“Testin nəticəsi pozitiv çıxdı. Ancaq vəziyyətim yaxşıdır. Həkimlər müayinədən sonra hər şeyin müsbət yöndə olduğunu söylədilər”, - deyə o bildirib.

Tanınmış aktyor ictimaiyyətə müraciət edərək, özlərinə və ətrafındakılara laqeyd yanaşmamağa, maskaları taxmağa və sosial məsafəni qorumağa çağırıb.

“Bu virusa birlikdə qalib gələcəyimizə inanıram”, - deyə o vurğulayıb.