Əlcəzair səfiri: “Füzuli şəhərinin yenidən qurulmasının, canlandırılmasının vaxtı gəlib çatıb” - FOTO

22:40 23-11-2020 396

Əlcəzairin Azərbaycandakı səfiri xanım Səlimə Abdelhak Xarici İşlər Nazirliyinin azad edilmiş Füzuli şəhərinə təşkil etdiyi səfərdə iştirak edib.

Trend-in məlumatına görə, xanım səfir bildirib ki, dağılmış şəhər beynəlxalq müşahidəçilərin uzun illər davam edən münaqişənin acı nəticələrini görmələrinə imkan vermək üçün öz qapılarını açıb:

“Beynəlxalq hüququn bərpasından sonra Azərbaycana böyük sənətkarlar bəxş edən şəhəri səciyyələndirən sənət və mədəniyyətin yenidən qurulmasının, abadlaşdırılmasının və canlandırılmasının vaxtı gəlib çatıb”.