Bakı-Quba yolunda ağır yol qəzası baş verib, ölən və yaralı var - FOTO

00:00 24-11-2020 315

Bakı-Quba yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə yolun 24-cü kilometrliyində qeydə alınıb.

Belə ki, 50-DS-879 dövlət nişanlı “VAZ 2114” markalı avtomobil 99-UC-081 dövlət nömrə nişanlı “Mercedes” markalı yük maşını ilə toqquşub.

Hadisə nəticəsində “VAZ 2114” markalı avtomobildə olan sərnişin yerindəcə vəfat edib, sürücü isə xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

{gallery}