Rusiyada təqaüdçü kişi bir gündə üç qadına bıçaqlı hücum etdi - VİDEO

15:20 24-11-2020 418

Bıçaqla silahlanmış təqaüdçü kişi bir gündə üç qadına bıçaqla hücum edib.

RT-nin məlumatına görə, hadisə Saxalində baş verib.

Bildirilir ki, ilk şikayət kişinin qonşusundan gəlib. Hüquq-mühafizə orqanından qeyd edilib ki, şübhəlinin qadınla münasibəti pis olub. Sonuncu dəfə dava zamanı o, qadını boğazından bıçaqlayıb, nəticədə, zərərçəkən xəstəxanalıq olub. O, hazırda reanimasiyadadır.

Bundan sonra kişi dayanacaqda 60 yaşlı qadını bıçaqlayıb. Səbəbi isə qadının çantanı ona verməməsi olub. Zərərçəkən ambulator müalicədədir.

Daha bir hücum mağazada baş verib. Müşahidə kameralarında qeydə alınan görüntüdə kişinin içəri girərək, bıçaq çıxardığı görünür.

Mağazanın satıcısı kişini çölə çıxartmağı və köməyə çağırmağı bacarır. Bundan sonra kişi qaçıb.

Lakin uzağa gedə bilməyib. O, evinin yaxınlığında saxlanılıb.

Hadisə ilə bağlı soyğunçuluq və qəsdən sağlamlığa ağır zərər vurma maddələri ilə cinayət işi açılıb.