Biz gənclər daim Sizə güvənərək Sizin ətrafınızda sıx birləşmişik – Ali Baş Komandana Müraciətlər

19:20 24-11-2020 445

Azərbaycanda və xaricdə yaşayan həmvətənlərimiz, eyni zamanda xarici ölkələrin vətəndaşları Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə müraciət edirlər.

Müraciətlərdə şanlı ordumuzun sentyabrın 27-də işğalçı erməni qoşunlarına qarşı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında başlatdığı və tarixi zəfərlə nəticələnmiş əməliyyatlar birmənalı olaraq alqışlanır və ölkə başçısına böyük dəstək ifadə olunur.

Müraciət edənlər Ali Baş Komandanın rəhbərliyi ilə doğma Azərbaycanımız ildən-ilə daha da çiçəklənəcəyinə, xalqımızın rifahının daha da artacağına inamını ifadə edir.

Azərbaycan xalqı bildirir ki, vətəndaşların cənab Prezidentə inamı, güvəni sonsuzdur.

Vətəndaşlar xüsusilə vurğulayır ki, ölkəmiz Ali Baş Komandanın sayəsində tarixə şanlı hərflərlə Qələbə sözünü yazıb.

Azərbaycan gəncləri dövlət başçısının ətrafında güvənlə sıx birləşdiyini qeyd edir.

Vətəndaşlar müraciətlərdə bildirir ki, Ali Baş Komandan Qarabağ nisgilini ürəyimizdən silib, bizi göylərə qaldırıb.