Aİ ABŞ şirkətindən 160 milyon doza koronavirus peyvəndi alacaq

09:20 25-11-2020 323

Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen Aİ-nin ABŞ-ın “Moderna” dərman şirkəti ilə 160 milyon doza peyvənd almaq üçün müqavilə imzalayacağını açıqlayıb.

Bu barədə “Haber Global” məlumat yayıb.

“Təkcə etibarlı və təsirli bir peyvəndin bu epidemiyaya qalıcı və davamlı bir həll təmin edə biləcəyini anlayırıq”, - deyə Avropa Komissiyasının prezidenti bildirib.