İşğaldan azad edilən Ağdamda Xocalı ilə bağlı ilk foto sərgi keçirildi - VİDRO

14:00 28-11-2020 371

İşğaldan azad olunan Ağdam şəhərində məhşur fotoqraf Reza Deqatinin foto sərgisi keçirilib.

Baku Tv xəbər verir ki, fotoqrafın səyyar sərgidə 1992-ci ildə Xocalı faciəsindən sonra çəkdiyi fotolar təqdim olunub.

Fotoqraf Reza Deqati sərgidə 1990-cı illərin əvvəllərində Ağdamın Cümə məscidində çəkdiyi erməni vəhşiliyini əks etdirən fotoların tarixçəsi haqqında məlumat verib.

O bildirib ki, həmin dövrdə ermənilərin qətlə yetirdikləri insanları bu məscidə gətirirdilər. Fotodakı qadınlar məscidə gətirilən yaxınlarının meyitlərini axtarırdılar.