Hərbi hospitalda yaralı əsgərin ad günü qeyd olundu - FOTO/VİDEO

16:20 05-12-2020 387

Hərbi hospitalda Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda gedən döyüşlərdə yaralanan əsgərin ad günü qeyd edilib.

“Bu gün hərbi xəstəxanada yaralı əsgərlərdən birinin ad günüdür. Adı Uğurdur. Ona bütün işlərində uğurlar və işıqlı bir yol arzulayırıq”, - deyə bununla bağlı “Facebook”da dərc olunan paylaşımda bildirilir.

Döyüşçü və yoldaşları üçün bayram tədbiri təşkil edən tibb müəssisəsinin işçiləri ad günü tortu da daxil olmaqla, müxtəlif şirniyyat və yeməklərin olduğu süfrə açıblar.