“Time” 2020-ni ən pis il seçdi

00:40 06-12-2020 353

ABŞ-ın “Time” jurnalı 2020-ci ili tarixin ən pis ili adlandırıb.

Bu barədə jurnalın “Twitter” hesabında paylaşım edilib.

Jurnalın yeni sayında üzərindən xətt çəkilmiş 2020 yazısı əks olunub.

Müvafiq məqalədə qeyd olunur ki, ABŞ tarixində bu cür çətin illər olub, lakin çətin ki kimsə koronavirus pandemiyasının bənzərini görüb.