Şimali Koreyada karantini pozan şəxs güllələndi

07:20 06-12-2020 369

Şimali Koreyada karantin tədbirlərini pozan bir nəfər güllələnərək edam edilib.

Bu barədə “Haber Global” Asiya mətbuatına istinadən məlumat yayıb.

Sözügedən şəxsin Çinlə sərhəddə yaxalandığı və 50 yaşında olduğu qeyd olunur.

Qeyd edək ki, daha əvvəl Şimali Koreya lideri Kim Çen Inın Çinlə sərhədə bir kilometr yaxınlaşanların vurulmasını əmr etdiyi iddia edilmişdi.